YAP Siyasi Şurası deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edəcək
- 28.11.2019, 13:38,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası davam edir.
iclasın yekununda YAP Siyasi Şurasının qərarı qəbul olunacaq. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunacaq.
Yeri gəlmişkən, Milli Məclisin Daxili Nizamnaməsinin “Milli Məclisin buraxılması” adlı 23-2-ci maddəsində deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 98 (1)-ci maddəsinin I hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır”.
Report