“Buta Airways” Lvova birbaşa reys açır
- 29.11.2019, 20:28,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Loukost aviaşirkəti “Buta Airways” dekabrın 23-dən Bakıdan Lvov şəhərinə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən "LİFE.AZ"a verilən xəbərə görə, beləliklə, aviaşirkətin Ukraynadakı istiqamətlərinin sayı dördə çatmış olacaq. “Buta Airways” artıq Kiyev, Xarkov və Odessaya uçuşlar həyata keçirir.
Lvovu Ukraynanın mədəni paytaxtı adlandırırlar. Qədim Lvov heyrətamiz dərəcədə ahəngdar bir Avropa şəhəridir. Buraya şəhərin mərkəzində gəzmək, muzeylərə baş çəkmək, çoxsaylı küçə musiqiçilərini dinləmək və Qərbi Ukraynanın çox zəngin mədəniyyəti ilə tanış olmaq üçün gəlirlər.
Lvova uçuşlar bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək.
Aviaşirkətin digər istiqamətləri kimi minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.
Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.
Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
"Super" tarifi 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutur.
Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.