Azərbaycanda Turizm Reyestri gələn ilin ortalarında işə düşəcək



"Azərbaycanda Turizm Reyestrinin fəaliyyət göstərməsi ilə bağlı qaydalar aiddiyəti dövlət qurumlarına təqdim edilib".
Bu barədə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov məlumat verib.

“Turizm Reystri gələn ilin ortalarında işə düşəcək. Bu reyestrə turizm sənayesi subyektləri reystərə daxil ediləcək”, - o deyib.

Agentlik rəsmisi 2020-ci ildə turizm sahəsində həyata keçiriləcək işlər barədə də məlumat verib: “Əsas fəaliyyətimiz viza prosedurlarının sadələşdirilməsi, sərhəd-keçid məntəqələrində infrastrukturun yenidən qurulması istiqamətində olacaq”.



Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri