Azərbaycan Albaniyaya 500 000 avro məbləğində humanitar yardım ayırıb

Nazirlər Kabineti Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə vəsait ayrılması barədə sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla cari il noyabrın 26-da Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Xarici İşlər Nazirliyinə 500 000 avronun manat ekvivalenti məbləğində vəsait ayrılıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri