Milli Məclis gələn ilin dövlət büdcəsini qəbul edib


Milli Məclisin bu gün keçirilən plenar iclasında “2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.

LIVE.az xəbər verir ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 894,7 milyon manat məbləğində proqnozlaşdırılır.

Sənəd müzakirə edilib və səsverməyə qoyularaq təsdiqlənib.

İclasda həmçinin “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” “2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Əmək pensiyaları haqqında” qanunda, “Məşğulluq haqqında” qanunda, “Sosial müavinətlər haqqında” qanunlara dəyişiklik layihələri III oxunuşda qəbul edilib.

Qeyd edək ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri