Dilçilik İnstitutu: Yeni orfoqrafiya lüğətində 97 min söz saxlanılıb




"Hazırda yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" "Elm" nəşriyyatındadır".

LİVE.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, lüğətdən lüzumsuz, qondarma sözlər, çətin anlaşılan ərəb və fars sözləri çıxarılıb: "Güman edirəm ki, lüğət ilin sonuna qədər çapdan çıxacaq. Əvvəl lüğətdə 110 min söz var idi, indi isə 97 mindir. Müəyyən sözlər çıxarılıb, müəyyən sözlər də əlavə olunub".
Şərhlər
Sosial bölməsinin xəbərləri