Bakı Nəqliyyat Agentliyi:"Qanunsuz dayanma və ya durmaya qarşı mübarizə tədbirlərinə başlanılacaq"

 




Dekabrın 1-dən Heydər Əliyev prospektində (şəhər istiqamətində) yolun Bakı Metrosunun “Koroğlu” stansiyasının qarşısındakı hissəsində texniki vasitələrin, o cümlədən kameraların köməyi ilə qanunsuz dayanma və ya durmaya qarşı mübarizə tədbirlərinə başlanılacaq.

LIVE.az xəbər verir ki, mediaya bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Heydər Əliyev prospekti şəhər mərkəzi istiqamətində sərnişinlərin mindirilməsi və düşürülməsini təşkil olunan cib tipli dayanacaq məntəqsində ediləcək.

Qeyd edək ki, hər gün səhər və axşam pik saatlarında sürücülərin bu qaydalara əməl etməmələri qeyd edilən ərazidə nəqliyyatın axınının nizamsızlığına və hərəkətin iflic olmasına səbəb olur.

 

Bu isə ilk növbədə ətraf kənd və qəsəbələrdən “Koroğlu” nəqliyyat mübadilə mərkəzinə gələn 29 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun intervalında gecikmələrə səbəb olur ki, nəticədə 270 min nəfərə yaxın ictimai nəqliyyat istifadəçisinin əlavə vaxt itkisinə məruz qalmaqla yanaşı mənzil başına vaxtında uzlaşmalarına səbəb olur.

Qeyd olunan hissədə səhər və axşam pik saatlarında müşahidə edilən vəziyyət Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində, eləcə də, şəhər mərkəzi istiqamətində minik avtomobillərinin hərəkətinə də çətinliklər yaradır.

Eyni zamanda, həmin tarixdən etibarən Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsinə yaxın hissədə (Dakar dairəsi ətrafında) də texniki vasitələrin köməyi ilə qanunsuz dayanma və durmaya qarşı mübarizə tədbirləri gücləndiriləcək.




 
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri