Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb


Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

LİVE.az "Report"a istinadla xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin, TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin önəmi qeyd edilib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bundan sonra da daim möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri