Milli Məclisin yanında “Mercedes” markalı avtomobildə naməlum səbəblə yanğın baş verib.
ANS-in hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, yanğın o qədər güclü olub ki, yolda avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Bundan başqa yanan avtomobilə yaxınlaşmaq da mümkün olmayıb. Məlumata görə, yanğını partlayış da müşayiət edib. Hal-hazırda alovun qarşısının alınması üçün hadisə yerinə Dövlət Yanğından Mühafizə briqadalarının gəlməsi gözlənilir.
ANS hadisə yerində çəkilmiş eksklüziv videonu oxucularına təqdim edir.