"Airbus" sənaye casusluğunda şübhəli bilinən 16 əməkdaşını işdən azad edib
- 02.12.2019, 11:08,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Airbus" sənaye casusluğunda şübhəli bilinən 16 əməkdaşını işdən azad edib.
"Report" xəbər verir ki, bu barədə "Le Figaro" DPA agentliyinə istinadən məlumat verib.
Məlumata görə, onlar hansısa şəkildə dövlət satınalmaları ilə bağlı sənədlərə çıxış əldə ediblər.
Qeyd edək ki, bu ilin sentyabrında Münhen prokurorluğu aviakonsernin özünün səlahiyyətlilərlə əlaqə qurması və daxili yoxlama zamanı aşkar edilən pozuntular barədə məlumat verməsindən sonra işlə əlaqədar istintaqa başladığını bildirmişdi. Söhbət telekommunikasiya sistemləri, kəşfiyyat və təhlükəsizlik ilə əlaqəli avadanlığın alınması üzrə Bundesverin iki proqramından gedir.