"Bakutel 2019"un yubiley sərgisində "Acer" ən son yenilikləri

  




Bu gün Hilton Hotelin-də Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin və dünya üzrə kompüter texnikasının lider istehsalçılarından olan "Acer"in birgə mətbuat konfransı baş tutdu. Konfransda 3-6 dekabr tarixlərində baş tutacaq sayca 25-ci yubiley sərgisinin əhəmiyyəti müzakirə olundu.

"Acer" yerli startapların beynəlxalq arenaya çıxışına dəstək olmaq üçün hazır olduğunu vurğuladı. "2020-ci ildə şirkətimiz Şərqi Avropada fəaliyyət göstərən startapların və ya artıq sözünü demiş iri şirkətlərin Qərbi Avropa istehlakçı bazarına çıxış əldə edə bilməsi üçün yeni proqramın həyata keçirilməsinə başlayacaq. Şirkətimizin regionda yerləşən pərakəndə, logistika və sığorta şirkətləri ilə qurduğu əməkaşlıq sayəsində yeni məhsullarımız optimal vaxtda rəflərdə alıcılara təqdim olunur. İKT sahəsində yeni məhsulun alıcıya çatdırılmasında uğura aparan əsas faktor vaxtdır." deyə "Acer" şirkətinin vitse-prezidenti Qriqoriy Nizovski bildirib.

O, həmçinin təhsillə bağlı geniş miqyasda tapşırıqlar yerinə yetirən yeni xətt məhsullar barədə danışdı. “Acer”in Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə regionu üzrə direktoru Mixail Konstantinov çoxsaylı mükafatlara layiq görülmüş “Acer for Education” həlləri barədə məlumat verdi. “Acer” 2015-ci ildən “HTech İnvest” zavodunun rəsmi tərəfdaşıdır. Zavod Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə yaradılmış Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidentidir. Müvafiq tərəfdaşlıq orta məktəblər və ali təhsil müəssisələri üçün məhsul istehsalına, dövlətin konkret sifarişləri üçün xüsusi çatdırılma həyata keçirilməsinə, həmçinin hökümətin texnoloji inkişaf səviyyəsini artırmağa imkan verir.

Mətbuat konfransının iştirakçılarına Avropada təhsil sahəsində ən məşhur məhsul olan "TravelMate B118" notbukunun sınaqdan keçirilməsi imkanı da yaradıldı.

Mətbuat konfransında həmçinin Azərbaycanda ilk dəfə olaraq, yaradıcı insanlar üçün yaradılmış yeni "ConceptD" xətti təqdim olundu. ""ConceptD" mürəkkəb qrafik və ya video kontentin yaradılmasını nəzərdə tutan brenddir. Bu brendin adı altında çıxan məhsullarda hər zaman 4 ideya reallaşdırılır: rəngləri zəmanətlə çatdıran professional keyfiyyətli ekran, professional video adapterlər, səssiz çalışan soyutma sistemi və həll olunan tapşırıqlara uyğun dizayn." deyə şirkətin vitse-prezidenti bildirib.

"Acer" məhsulları ilə tanış olub, daha dolğun məlumat əldə etmək istəyənləri 3-6 dekbar tarixlərində "Baku Expo Centre"də baş tutacaq 25-ci Beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologilar sərgisi Bakutel 2019-da stendinə dəvət edir.

"Acer" haqqında

Əsası 1976-cı ildə qoyulmuş "Acer" İT xidmətləri göstərən, aparat və proqram təminatları istehsal edən şirkətdir. "Acer" məhsulları arasında displeylər, proyektorlar, serverlər, palnşetlər, smartfonlar və daşınan cihazlar yer alıb. Şirkət həmçinin əşyaların internetini birləşdirən bulud həlləri də hazırlayır. "Acer" 40 illik yubileyini 2016-cı ildə qeyd edib və hazırda 5 dünya üzrə fərdi kompüter hazırlayan 5 iri şirkətdən biridir. 160 ölkədə təmsil olunan şirkətin əməkdaşlarının sayı 7 min nəfərə yaxınır. Şirkət haqqında ətraflı məlumat əldə etmək üçün www.acer.com. saytına daxil ola bilərsiniz.

      
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri