Bakıda BƏƏ-nin müstəqilliyi günü qeyd edilib
- 04.12.2019, 10:33,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
1971-ci il dekabrın 2-i Birləşmiş Ərəb Əmirliklərinin müstəqillik günüdür. Bu məqsədlə Bakıda Fairmontotelində BƏƏ-nin yaranmasının 48 illiyinə həsr edilmiş ziyafət keçirilib.
Dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyət təmsilçilərinin qatıldığı tədbirdə öncə hər iki ölkənin himni səsləndirilib.
BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd əl-Qubaisi öncə ölkəsinin yaranma tarixindən danışıb.
"Dövlətimizin yaranmasının 48-ci ildönümünü qeyd edirik. Birlik günəşi 1971-ci ilin eyni günündə yüksəlmiş, dövlətimiz inkişaf yolunda inamlı addımlar atmağa başlamış, "Baxış-2021"in əsasında yaranmasının 50-ci ildönümündə dünyanın ən yaxşı dövlətlərindən birinə çevrilib. "BƏƏ vətəndaşları hər il dekabrın 2-də qeyd etdikləri Milli Gün əsasında dövlətin böyük uğurıarı ilə tanış olurlar. Bu uğurların bariz nümunəsi Şeyx Xəlifə bin Zayed əl-Nahyanın tolerantlıq prinsipləri ilə birgə yaşayış və qarşılıqlı hörmət əsasında 200-dən artıq millətin yaşadığı bir dövlətdə 2019-cu ili Tolerantlıq ili elan ediblər", – deyən səfir əlavə edib ki, bu il həmçinin Şeyx Zayedin baxışlarını əks etdirir. Səfir bildirib ki, BƏƏ ilə Azərbaycan arasında geniş əlaqələr var.
"Hər iki dövlət başçısının qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ-dən Azərbaycana gələn turustlərin sayının artması əlaqələrin inkişafına təkan verib", – deyən səfir bildirib ki, BƏƏ-nin iqtisadiyyat naziti Sultan əl-Mənsurinin azərbaycanlı həmkarı Mikayıl Cabbarovun iştirakı ilə 4-cü BƏƏ-Azərbaycan Ticarət Məclisi keçirilib. Bunun özü də gələcəkdə əlaqələrin genişlənməsinə zəmin yaradır."Heç şübhəsiz, bu göstərici və uğurlar iki ölkə arasında mövcud əlaqələrin inkişafına töhfə verən birgə səylərimizin nəticəsidir", – cənabsəfir Məhəmməd Əhməd əl-Qubaisi vurğulayıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, 48 il əvvəl dövlətçiliyinə qovuşan BƏƏ bu müddətdə böyük uğurlar qazanıb və dost ölkənin nailiyyətləri Azərbaycanı sevindirir. "Biz Qarabağ nünaqişəsinin həlli məsələsində Azərbaycana verdiyi dəstəyə görə təşəkkür edirik. İqtisadi sahədə də böyük əlaqələrimiz taranıb. BƏƏ Azərbaycan iqtisadiyyatına 347 milyon dollar sərmayə yatırıb və bu gün də əməkdaşlıq davam edir", – deyən nazir əlavə edib ki, hazırda ikitərəfli əlaqələr iqtisadiyyatın bir çoxbsahələri üzrə inkişaf etməkdədir.
Rəsmi hissədən sonra qonaqları azərbaycan və ərəb mətbəxindən ibarət olan nahar gözləyib. Milli ərəb rəqsləri isə gecəyə xüsusi rəng qatıb.