UEFA prezidenti: Finalda Azərbaycanın iki komandası oynasaydı və biz bu görüşün Londonda keçirilməsinə qərar versəydik..
- 04.12.2019, 10:57,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Finalda Azərbaycanın iki komandası oynasaydı və biz bu görüşün Londonda keçirilməsinə qərar versəydik, heç kim şikayətlənməyəcəkdi. İngiltərə Premyer Liqasının prezidenti mənə söyləmişdi ki, Dumanlı Albion klubları ən ucuz bilet və ən bahalı oyunçular istəyirlər. Demək olmaz ki, final məhz İngiltərədə keçirilməli idi. Kim bilərdi ki, həlledici qarşılaşmada İngiltərənin iki komandası üz-üzə gələcək?"
LİVE.az "Report"a istinadla verdiyi məlumata görə, bunu UEFA prezidenti Aleksander Çeferin Avropa Liqasının final matçının Bakıda keçirilməsi barədə qərarı "The Mirror"a şərh edərkən bildirib. Sloveniyalı funksioner deyib ki, 2008-ci ildə UEFA Kubokunu qazanmış Rusiya "Zenit"i üçün Bakı Londondan daha yaxın olub. Çeferin finalda İngiltərənin iki təmsilçisinin oynayacağını finaldan bir ay öncə bildiklərini xatırladıb: "Finalın yerini necə dəyişdirmək olar? Bu, mümkünsüzdür. İnanın mənə, biz belə tədbirlərə 1,5 il əvvəldən hazırlaşırıq".
Bununla yanaşı, UEFA prezidenti final oyununun Bakıda keçirilməsinin Azərbaycanda sevinclə qarşılandığını vurğulayıb: "Azərbaycan xalqı o qədər qürurlu, xoşbəxt idi ki... Uzaqdadırlar deyə, belə oyuna layiq olmadıqlarını düşünməklə, bir qədər ayrıseçkilik edirik. Məgər dünyanın mərkəzi İngiltərədir?"
Qeyd edək ki, bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilmiş UEFA Avropa Liqasının final matçında "Çelsi" "Arsenal"ı böyük hesabla məğlubiyyətə uğradıb - 4:1.