Hacı Əliyev növbəti Avropa çempionatında iştirak etməyəcək
- 07.12.2019, 16:19,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev 2020-ci il Avropa çempionatında iştirak etməyəcək.
LİVE.az-ın məlumatına görə, bu barədə "Report"a 28 yaşlı idmançının özü məlumat verib.
65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu qərarını 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə daha ciddi hazırlaşmaq istəyi ilə əlaqələndirib: "Məşqçilər heyətimizin Avropa çempionatında 65 kq çəkidə Turan Bayramov və ya Əli Rəhimzadəyə şans verəcəklərini düşünürəm. Mənim isə hədəfim lisenziya yarışına getmək, oradan isə olimpiadaya sağ-salamat yola düşməkdir".
Qeyd edək ki, Avropa çempionatı 10 - 16 fevralda İtaliyanın paytaxtı Romada keçiriləcək. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri 19 - 22 martda Macarıstanın paytaxtı Budapeştdə, Dünya Təsnifat Turniri isə 30 aprel - 3 mayda Bolqarıstanın paytaxtı Sofiyada olacaq.