“Tesla” avtomobillərinin Şanxayda istehsalını dövlət dəstəkləyəcək
- 07.12.2019, 16:23,
- Avtomobil
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çin hökuməti Şanxayda ABŞ markası olan “Tesla Model 3” avtomobillərinin istehsalına subsidiya ayırmaq qərarına gəlib.
LİFE.az TASS-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən Sənaye və İnformasiyalaşma Nazirliyi adıçəkilən markanı hökumət dotasiyaları ilə istehsal edilə biləcək yeni enerji mənbələrə əsaslanan avtomobillərin siyahısına daxil edib. Subsidiyanın veriləcəyi “Tesla” müəssisəsində gələn ilin yanvarın 25-dən etibarən həftədə 1000 ədəd avtomobil istehsal etmək nəzərdə tutulur.
Xatırladaq ki, yeni enerji mənbələrinə əsaslanan avtomobillər hibrid mühərriklə, elektrik akkumulyatoru ilə, yaxud hidrogenli yanacaqla işləyən avtomobillərdir. Çin hökuməti 2025-ci ilədək bu cür avtomobillərin satışlarını 25 faizə çatdırmağı hədəfləyir.