“EuroHome”da baş verən yanğın tam məhdudlaşdırılıb - YENİLƏNİB
- 10.12.2019, 12:59,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“EuroHome” tikinti materialları bazarında baş verən yanğın tam məhdudlaşdırılıb. Bir təyyarə və 3 helikopter vasitəsilə 150 tona yaxın su yanğın olan əraziyə tökülüb".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
O bildirib ki, 2 saat yarıma qədər davam edən yanğının söndürülməsində öncə su problemi olub: "Mənə verilən məlumata görə, yanğın yerinə FHN-in 40-dan çox texnikası, 250-dən çox canlı qüvvəsi səfərbər olunub. İlkin məlumata görə, yanğının ərazisi 21 min kvadrat metrdir. Yanğın səbəbləri hazırda araşdırılır. Daha ətraflı məlumatlar veriləcək".