Bakıya yeni ikimərtəbəli qatarlar gətirilib
- 10.12.2019, 17:19,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin "Stadler" şirkətindən aldığı 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib.
Bu barədə səhmdar cəmiyyətinin mətbuat katibi Natəvan Bayramova məlumat verib.
Onun sözlərinə görə, 371 oturacağı olan yeni qatarlar tezliklə Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək.
“Bununla da Azərbaycanda "Stadler" qatarlarının sayı 9-a çatıb. Yeni qatarların alınmasına səbəb sərnişin sıxlığıdır. İsveçrə şirkətindən "FLIRT" tipli, birmərtəbəli daha 6 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bu qatarlar da yaxın 3 il ərzində Bakıya gətiriləcək”, - “Azərbaycan Dəmir Yolları” rəsmisi qeyd edib.
Report