AŞPA məruzəçisi: “Azərbaycanda islahatlar düzgün istiqamətdə aparılır”

“Azərbaycanda islahatlar düzgün istiqamətdə aparılır”.

LİVE.AZ-ın məlumatına görə, bunu “Report”a AŞPA-nın Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzəçisi Stefan Şenak bildirib.

“Biz bu gün Azərbaycanda cinayət hüququnun mətnlərini öyrənirik. Nəyin cinayət hesab olunub-olunmadığını yoxlayırıq. Uşaq məhkəmə sisteminin hansı qanunlardan ibarət olduğunu araşdırırıq. Azərbaycanda islahatlar düzgün istiqamətdə aparılır. Bu dəyişikliklər hüquq sistemini daha müstəqil və humanist etməlidir”, - deyə o qeyd edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri