Abbas Bağırov duet oxuyacağı xanım müğənnilər barədə danışıb
- 25.07.2013, 13:28,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Abbas Bağırov xalq artisti İlhamə Quliyeva ilə duet oxuyub. ATV-də yayımlanan “Gün keçir” verilişinə qonaq olan müğənni növbəti duet ortaqlarının adını açıqlayıb:
“İlhamə xanımla “Yaşın nə fərqi var” mahnısına oxuduğumuz duet artıq hazırdır. Növbəti duetlərim isə Röya və Sevda Yahyayeva ilə olacaq. Bu mahnılar 2014-cü ildə işıq üzü görəcək albomumda yer alacaq. Albom üçün yığılan bütün mahnılar artıq hazırdır. Bəstələrin aranjimanını Türkiyədə Caner Təpəcik edib. Bəzi müğənnilərimiz nə gəldi oxuyurlar ki, təki efirdə görünsünlər, amma mən elə deyiləm. Yalnız yaxşı işimlə ortaya çıxmaq istəyirəm”.
Abbas türkiyəli ifaçı Gökhanın onun “Sənsiz olmaz” mahnısını ifa etməsinə münasibət bildirib. Sənətçi həmkarının ifasını bəyənməyib:
“Mən bu mahnını hiss edərək, yaşayaraq səsləndirmişəm. Ona görə də məndə daha gözəl alınıb”.
Əməkdar artistin sevənlərinə sürprizi də var. Müğənni iyulun 28-nə kimi İnstaqramda onu izləyən beş mininci sevəninə “Jumeirah”dakı konserti üçün iki bilet bağışlayacaq.