"3-cü mikrorayon bazarı"nın arxasındakı hamamda baş verən yanğın söndürülüb



Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda) baş vermiş yanğın söndürülüb.

Bu barədə "Report" FHN-ə istinadən xəbər verir.

///



3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb
 
 

Bakının Nəsimi rayonu "3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamam ərazisində baş verən yanğınla əlaqədar hazırda mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ceyhun Səlimov küçəsində və 20 Yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

 3-cü mikrorayon dairəsindəki körpünün üzərində Ziya Bünyadov istiqamətində isə sıxlıq müşahidə olunur. Bakı Nəqliyyat Agentliyi sürücülərdən zərurət olmadığı halda qeyd edilən istiqamətlərdə hərəkət etməmələrini xahiş edir.

Məhdudiyyətlə əlaqədar həmin istiqamətdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti də dəyişdirilib. Avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçələrdən keçməklə hərəkət edir.


///

Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən və "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidəki köhnə hamamda yanğın başlayıb.

Hadisə yerinə 5 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Şərhlər
Hadisə bölməsinin xəbərləri