UEFA Çempionlar Liqası: "Real Madrid" "Mançester Siti"yə, "Çelsi" "Bavariya"ya rəqib olub
- 16.12.2019, 15:42,
- Idman / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Live az-in məlumatına görə, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə bütün cütlər bəlli olub:
"Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)
"Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
"Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya)
"Atletiko" (İspaniya) - "Liverpul" (İngiltərə)
"Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya)
"Lion" (Fransa) - "Yuventus" (İtaliya)
"Tottenhem" (İngiltərə) - "Leyptsiq" (Almaniya)
"Napoli" (İtaliya) - "Barselona" (İspaniya)
Səpələnmişlər səbətindəki komandalar cavab görüşünü öz meydanlarında keçirəcəklər. Püşkdə heç bir komanda öz ölkəsindən olan və qrupda qarşılaşdığı klubla düşə bilməz.
1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.