UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb
- 16.12.2019, 16:55,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.
Live.az-ın məlumatına görə, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə Türkiyənin yeganə təmsilçisi "Başakşehir"in də rəqibi bəlli olub:
"Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya)
"Sportinq" (Portuqaliya) - "Başakşehir" (Türkiyə)
"Xetafe" (İspaniya) - "Ayaks" (Hollandiya)
"Bayer" (Leverkuzen, Almaniya) - "Porto" (Portuqaliya)
"Kopenhagen" (Danimarka) - "Seltik" (Şotlandiya)
APOEL (Kipr) - "Bazel" (İsveçrə)
ÇFR (Rumıniya) - "Sevilya" (İspaniya)
"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)
"Alkmaar" (Hollandiya) - LASK (Avstriya)
"Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)
"Lüdoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya)
"Ayntraxt" (Frankfurt, Almaniya) - "Zaltsburq" (Avstriya)
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Benfika" (Portuqaliya)
"Volfsburq" (Almaniya) - "Malmö" (İsveç)
"Roma" (İtaliya) - "Gent" (Belçika)
"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)
Qeyd edək ki, ilk oyunlar 2020-ci il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.