Azərbaycan təbii qaz ixracını 62%-dən çox artırıb

Azərbaycan bu ilin yanvar-noyabr aylarında 10,465 milyard kubmetr həcmində təbii qaz ixrac edib.

LİVE.az-ın məlumatına görə, report-un  Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə təbii qazın dəyəri 2 078,693 milyon ABŞ dolları təşkil edib.

11 ay ərzində ixrac edilmiş "mavi yanacağ"ın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 62,2%, dəyəri isə 65,5% çox olub.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 11,4% olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri