Pərviz Müşərrəf haqqında edam hökmü çıxarılıb
- 17.12.2019, 13:11,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Pakistanın xüsusi məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəf haqqında edam hökmü çıxarıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Hökm Pişəvər Ali Məhkəməsinin rəhbəri Vakar Əhməd Sethin sədrliyi ilə üç hakimdən ibarət hakimlər kollegiyası tərəfindən verilib.
"Pərviz Müşərrəf Pakistan Konstitusiyasının 6-cı maddəsinə uyğun olaraq təqsirli bilinib", - Vakar Əhməd Seth məhkəmə iclasında deyib.
Sabiq prezidentə qarşı irəli sürülən ittihamlar onun 2007-ci ildə Konstitusiyanın bəzi maddələrini dayandırması və fövqəladə vəziyyət rejimi tətbiq etməsi ilə əlaqədardır.
General Müşərrəf 2001-2008-ci illərdə Pakistan prezidenti olub.