Bakı-Tbilisi-Qars dəmiryoluna əlavə yüklər cəlb edilə bilər
- 17.12.2019, 13:20,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyədək 300 min ton yük daşınıb.
LIVE.az report-a istinadla xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bəzi əngəllərə baxmayaraq hazırda bu xəttin daha intensiv işləməsi üçün yüklərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir: "Hazırda bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv istifadə edilir".
C.Qurbanovun sözlərinə görə, hazırda Qazaxıstan tərəfi ilə əlavə yüklərin cəlbi üçün işlər aparılır və bunun nəticəsində əlavə 500-600 min ton yük cəlb edilə bilər.
"Sözügedən xətt ilə sərnişin daşımalarının təşkili ilə bağlı işlər aparılır. Bu yaxınlarda bu istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib. Sənədlər hazır olunub imzalanandan sonra sərnişin daşımalarına start veriləcək",-, C.Qurbanov əlavə edib.
BTQ xəttinin Naxçıvanla birləşdirilməsi məsələsi ilə bağlı C.Qurbanov bildirib ki, bunun üçün Türkiyə ərazisində 280 km xətt inşa olunmalıdır ki, bu da 2 mlrd. ABŞ dollarına yaxın sərmayə tələb edir.