Azərbaycan vətəndaşları Türkiyədə mindən çox daşınmaz əmlak əldə edib
- 17.12.2019, 23:04,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1045 daşınmaz əmlak əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39 obyekt daha azdır.
LIVE.az-ın məlumatına görə, bu barədə Trend Türkiyənin Torpaq kadastrı və alqı-satqı işləri üzrə dövlət orqanına istinadən məlumat verir.
Statistikaya əsasən, Azərbaycan vətəndaşları noyabr ayında Türkiyədə 91 daşınmaz əmlak əldə edib.
Noyabr ayında Türkiyədə 138 372 daşınmaz əmlak satılıb ki, bu da 2018-ci ilin noyabrı ilə müqayisədə 54,4 faiz çoxdur.
Hesabat ayında Türkiyədə əcnəbi vətəndaşlara 3 988 daşınmaz əmlak satılıb. Bu göstərici 2018-ci ilin noyabrı ilə müqayisədə 14,6 faiz azdır.