Bakıda "Bir millət,iki dövlət” adlı konsert təşkil ediləcək

Bakıda "Bir millət,iki dövlət” adlı konsert təşkil ediləcək Türkiyənin "TRT" telekanalı yaranmasının 49-cu ildönümü münasibəti ilə Bakıda Heydər Əliyev Sarayında böyük öndərin xatirəsinə həsr olunmuş "Bir millət, iki dövlət" adlı konsert proqramı təşkil edəcək.

"TRT"nin məşhur musiqi ansamblı "Akşam Sefası" mayın 1-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edecəkdir.
"TRT"-nin Baş direktoru İbrahim Şahinin rəhbərliyi altında "TRT Müzik" kanalnın 40 nəfərlik musiqi heyəti mayın 1-də azərbaycanlı tamaşaçılara sənət ziyafəti verəcəklər. "TRT"nin ən məşhur sənətçılərının verəcəyi konsertdə iki azərbaycanlı sənətçı də çıxış edəcək.

"TRT"nin Bakı təmsilçisi Yüksel Değercanın verdiyi məlumata görə, konsertdə Azərbaycanın dünya şöhrətli muğam ustası Alim Qasımov, müğənni Tünzalə ilə yanaşı Türkiyənin Azərbaycanda yaşayan opera sənətçisi Oya Ergün də çıxış edəcək.

Konsert proqramı "TRT"nin 3 kanalı və İçtimai Televiziya ilə canlı yayımlanacaq.

Konsertə çoxlu sayda siyasət, incəsənət, ədəbiyyat, media nümayəndələri, iş adamları, diplomatlarla yanaşı Azərbaycan və Türkiyə vətəndaşları da dəvətlidirlər.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri