Yay mövsümündə Bakıda 30 nəfəri gün vurub

Yay mövsümü başlayandan bu günə kimi Bakıda 30 nəfəri gün vurub.


Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib. O bildirib ki, gün vuran 30 nəfərdən 12-də xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, digər gün vuranlara isə ilkin tibbi yardım göstərilib: “Günvurma halları müxtəlif yaş arası insanlar arasında müşahidə olunur. Gün vuranlardan 5 nəfəri isə 18 yaşına kimi olan uşaqlardır”.
Şərhlər
Hadisə bölməsinin xəbərləri