“Elektron sağlamlıq kartı” sisteminin tətbiqi qaydalarında dəyişiklik edilib
- 19.12.2019, 23:40,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Baş Nazir Əli Əsədov “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişikliklər edilməsi haqqında” 2016-cı il 22 fevral tarixli 77 nömrəli “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”nda dəyişiklik edilməsi barədə” qərarlarında dəyişiklik edib.
“Report” xəbər verir ki, sənədə əsasən, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının elektron sağlamlıq kartı üzrə məlumatları onun fərdi identifikasiya kartının elektron daşıyıcısında (çipdə) yerləşdirilməsi üçün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə ötürülür” qaydası 2020-ci il yanvarın 1-dən deyil, 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.