Azərbaycandan xaricə gedənlərin sayı 14% artıb
- 20.12.2019, 13:50,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,1% artaraq 5095 min nəfər olub.
LİVE.az məlumatına görə, report bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ölkə vətəndaşlarının 36,7%-i İrana, 28,7%-i Gürcüstana, 17,6%-i Rusiya Federasiyasına, 11,5%-i Türkiyəyə, 5,5%-i isə digər ölkələrə gedib. Gedənlərin 64%-ni kişilər, 36%-ni qadınlar təşkil edib.
Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5%, Gürcüstana gedənlərin sayı 12,7%, Rusiya Federasiyasına gedənlərin sayı 6,2%, Türkiyəyə gedənlərin sayı isə 4,5% artıb.
Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,5%-i dəmir yolu və avtomobil, 16,8%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.