ABŞ-ın "Şimal axını-2" kəmərinə sanksiyaları qüvvəyə minib


ABŞ-ın "Şimal axını-2" və "Türk Axını" boru kəmərlərinə qarşı tətbiq etdiyi sanksiyalar qüvvəyə minib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Açıqlamada deyilir ki, ABŞ kəmərlərin çəkilişlərini həyata keçirən şirkətlərdən işi dərhal dayandırmalarını tələb edir.

Məhdudiyyətlər layihələrdə iştirak edən gəmilərə də şamil ediləcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri