Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək
- 22.12.2019, 12:46,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqat bu gün başa çatıb.
LİVE.az xəbər verir ki, seçkiqabağı təşviqatın aparılması dekabrın 22-i saat 08:00-da dayandırılıb.
"Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək”
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Həmçinin əlavə edib ki, "Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4972356 nəfərdir".
Onun sözlərinə görə, Azərbaycanda mövcud olan 125 dairənin 7-i bu proseslərdə iştirak etmir: “Çünki bunlar tamamilə Ermənistan tərəfindən işğal olunan ərazilərdə yerləşən dairələrdir. Ümumilikdə, həmin dairələrdən başqa digər 7 dairədə də bizim məcburi köçkün vətəndaşlarımız var və burada seçicilərin sayı 339,326 nəfərdir”.
Qeyd edək ki, "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı"na əsasən, seçkiqabağı təşviqatın aparılması üçün müddət səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.