İlkin araşdırmalara görə, İspaniyadakı dəmiryolu qəzasında ölən və xəsarət alanlar arasında azərbaycanlı yoxdur

İlkin araşdırmalara görə, İspaniyadakı dəmiryolu qəzasında ölən və xəsarət alanlar arasında azərbaycanlı yoxdur İlkin araşdırmalara görə, İspaniyanın şimal-qərbində baş verən dəmiryolu qəzasında ölən və xəsarət alanlar arasında azərbaycanlı yoxdur. Bu barədə Trend-ə Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev məlumat verib.

Səfir bildirib ki, aparılan ilkin araşdırmalardan sonra ölən və yaralıların siyahısında azərbaycanlı yoxdur.
Səfirin sözlərinə görə, hazırda qohumları və yaxınları İspaniyada olan azərbaycanlılar onlar haqqında ətraflı məlumat vermək üçün səfirliyin aşağıdakı nömrələri ilə əlaqə saxlaya bilərlər:
+34633494808; +34622704662
Qeyd edək ki, İspaniyanın şimal-qərbində baş verən dəmiryolu qəzasında həlak olanların sayı ən azı 77 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə regional məhkəmələr məlumat verib.

Məlumata görə, xilasedicilər dağıntılar altından 73 meyit çıxarıblar, daha 4 nəfər xəstəxanada vəfat edib.

Xatırladaq ki, sərnişin qatarı Santyaqu-de-Kompostella şəhəri yaxınlığında relsdən çıxıb. Qəza çərşənbə günü yerli vaxtla saat 20:42-də baş verib. Qatarın bütün 13 vaqonu çevrilib. Ümumilikdə, qatarda 218 sərnişin, sürücü, həmçinin onun köməkçiləri olub. Qatar paytaxt Madrid şəhərindən Ferrol şəhərinə istiqamətlənmişdi.
Şərhlər
Hadisə bölməsinin xəbərləri