Türkiyənin sevilən pop ulduzu İrem Derici Bakıda konsert verib



27 dekabrda "Elektra Events Hall"da türkiyənin sevilən pop ulduzu İrem Derici canlı  orkestr  və musiqiçiləri ilə konsert verib. Konsert anşlaqla keçib və üç minə yaxın izləyici toplayıb.

Konsertdən öncə jurnalistlərlə görüşən İrem Derici “Burada mənə evlilik təklif edən olsaydı Bakıda qalardım” - deyib:

“Daha öncəki səfər planım təşkilatçılar arasında yaranan bəzi konfliklərə görə təxirə salınmışdı, amma bu gün burdayam və şükür qovuşdurana deyirəm. Bu dəfə inanılmaz bir güclə gəlmişəm, gəlib çatana qədər də hədsiz çox dualar etdim ki, yenə bir problem çıxmasın. Bakıya ən son dörd il öncə gəlmişdim, o zamandan bəri kifayət qədər dəyişib şəhər. Hədsiz səliqə-səhman, düzən var burada, çox xoşuma gəlir. Düzdür bu dəfə şəhəri yaxşı gəzə bilmədim, amma növbəti gəlişimdə bunu mütləq edəcəyəm. Burada dostlarım da var və istəyirəm bir dəfə də ancaq gəzmək üçün gəlim Bakıya. Son albomda gənc müğənni Aysunun “Yazsın mənə” mahnısı var. Bəlkə, növbəti gəlişimdə o mahnıya Bakıda klip çəkdirdim. Ümumiyyətlə, burada varsa mənə görə bir qismət gəlim Azərbaycanlı gəlini olum”, deyə pop ulduz Azərbaycanlı kişilərə mesaj ötürüb.

İfaçı özünəməxsus səhnə performansı və canlı orkestrının müşaiyyəti ilə tamaşaçılar tərəfindən bir çox sevilən mahnıları - "Zorun ne sevgilim", "Aşkımız olay olacak", "Tek tabanca", "Acemi balık", "Bazı aşklar yarım kalmalı", "Aşk eşitdir biz", "Kalbimin tek sahibine" və sair kimi mahnılarını ifa edib.

İfaçı "Aşk eşitdir biz" mahnısını oxuyarkən tamaşaçılar arasında yer alan oğlan sevgilisinə evlilik təklifi edib. Bunu görən müğənni onları səhnəyə dəvət edib. Oğlan evlilik təklifini səhnədə də təkrarlayıb.

Qeyd edək ki, konsertin təşkilatçılığı "Kirli Kedi" və "Atlantis" şirkətlərinə, prodüserliyi isə Vüqar Azəroğluna məxsusdur.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri