Bu il Azərbaycana gələn xarici vətəndaşların bank kartları ilə əməliyyatları 18%-dən çox artıb



Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2,9 mln və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

LİVE.az report-a istinadla xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda göstərilib.

Məlumata görə, bu ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 13,3% artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları ötən ilin noyabr ayı ilə müqayisədə 18,5% artaraq 90,3 mln manat təşkil edib.

Ümumilikdə, 2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 mlrd 164 mln manat təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri