Bakıda metroya pirotexniki vasitə atan şəxslər saxlanılıb



Bakıda metroya pirotexniki vasitə atan şəxslər saxlanılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə bu gün saat 18:16-da baş verib. Naməlum şəxslər metronun "28 may" stansiyasında qatar xəttinə pirotexniki vasitə atıb. Nəticədə qatar xəttində tüstüləmə baş verib. Dərhal qatar yolunda gərginlik dayandırılıb və yola baxış keçirilib. Nəticədə "Sahil" stansiyasına gedən qatarın qrafikində 5 dəqiqə gecikmə baş verib.

Metroda Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən 3 nəfər - Yardımlı rayon sakini, 1998-ci il təvəllüdlü Vüqar Hüseynov, Sumqayıt şəhər sakini 1996-cı il təvəllüdlü Şahin Abbasov və Zəngilan rayon sakini, 1998-ci il təvəllüdlü Rövşən Məmmədov saxlanılıblar.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri