Türkiyə parlamenti hərbçilərin Liviyaya göndərilməsi təklifini qəbul edib

Bu gün Türkiyə Böyük Millət Məclisinin növbədənkənar keçirilən iclasında Prezident Administrasiyasının Liviya hökumətinə yardım məqsədilə bu ölkəyə hərbi qüvvə göndərilməsi üçün təqdim etdiyi təkliflər paketi müzakirə edilib.

“Report” xəbər verir ki, müzakirələrdən sonra təkliflər səsə qoyulub.

Səsvermədə 509 deputat iştirak edib. Onların 184-ü əleyhinə, 325-i isə lehinə səs verib. Sənədin lehinə yalnız hakim Ədalət və İnkişaf Partiyasının və Milliyyətçi Hərəkat Partiyasının (MHP) deputatları səs verib.

Təkliflər paketi 5 maddədən ibarətdir.

Qeyd edək ki, Liviya Milli Keçid Hökuməti Türkiyəyə hərbi yardım üçün müraciət edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri