Polis Bakıda 25 avara və dilənçini saxlama məntəqəsinə aparıb

Bakıda avaralıq və dilənçiliklə məşğul olan 25 nəfər saxlanılıb.


Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 25 nəfər saxlanılıb. Onlardan 15-i qadın olub.


Saxlanılanlar Bakı Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriliblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri