“MTV Azərbaycan”dan Rəhim Rəhimli ilə bağlı açıqlama verib [Yenilənib]
- 05.01.2020, 20:06,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“MTV Azərbaycan” kanalı müğənni Rəhim Rəhimlinin direktor vəzifəsindən uzaqlaşdırılması xəbəri ilə bağlı açıqlama yayıb.
LİVE.az qafqazinfo-ya istinadla xəbər verir ki, kanalın məlumatında deyilir:
“Kanal rəhbəri Rəhim Rəhimlinin vəzifəsindən getməsi barədə yayılan xəbər dezinformasiyadır və məlumat dəqiqləşdirilmədən yayılıb. Rəhim Rəhimlinin “MTV Azərbaycan” kanalının Yeni il proqramında iştirak etməməsinin səbəbi bəstəkar-müğənninin Moskva şəhərində dövlət tədbirində çıxışı ilə bağlı olub. Rəhim Rəhimli hazırda kanalın direktoru vəzifəsində öz işini davam etdirir".
Xatırladaq ki, Rəhim Rəhimlinin işdən çıxarıldığı, onun yerinə isə müxtəlif vaxtlarda ATV, İTV və AzTV-də yüksək vəzifələrdə çalışan Həsən Abdullayevin təyin edildiyi bildirilirdi.
///
15:17 04/01/2020
Rəhim Rəhimli işdən çıxarılıb?“MTV Azərbaycan”dan qafqazinfo-ya verilən məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir.
///
“MTV Azərbaycan” kanalının rəhbərliyində dəyişiklik olub.
2018-ci ilin iyunundan direktor vəzifəsini icra edən müğənni Rəhim Rəhimli işdən çıxarılıb. Onun yerinə isə müxtəlif vaxtlarda ATV, İTV və AzTV-də yüksək vəzifələrdə çalışan Həsən Abdullayev təyin edilib.
H.Abdullayev kanalda keçən ilin yayından çalışsa da, direktor vəzifəsini bir neçə həftədir icra edir. R.Rəhimli artıq kanaldakı iş otağını boşaldıb. Müğənni Yeni il çəkilişləri zamanı da MTV-də olmayıb.
Qeyd edək ki, “MTV Azərbaycan” yaxın günlərdə hazırda yerləşdiyi binadan köçürülərək, yeni məkanda fəaliyyətə başlayacaq.
Onu da bildirək ki, məlumatı ilk dəfə “Mediatime” səhifəsi yayıb.
Qafqazinfo, Axşam.az