Azərbaycanın quru və yarımquru zonalarının iqlim sərhədləri müəyyən edilib
- 05.01.2020, 18:11,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu apardığı elmi tədqiqatlar nəticəsində ölkə ərazisinin arid (quru) və semiarid (yarımquru) zonalarının iqlim sərhədlərini müəyyən edib və onun əsasında xəritə tərtib edib.
İnstitutdan Trend-ə verilən məlumata görə, tədiqat zamanı respublika ərazisində yerləşən 32 meteoroloji stansiyanın çoxillik məlumatları (1991-2014-cü illər) təhlil edilib.
Tədqiqat zamanı bütün Kür-Araz ovalığının və Abşeron yarımadasının quru zonaya aid olduğu müəyyən edilib.
Quru zonanın yuxarı sərhədi Böyük Qafgazda yamacdan asılı olaraq dəniz səviyyəsindən 200-850 m yüksəkdən, Kiçik Qafqazda 300-550 m-dən, Naxçıvan MR-da 1250 m-dən keçir. Talış dağlarında quru zona dəniz səviyyəsindən 1400 m-dən yuxarıda olan ərazilərdə yerləşir.
Yarımquru zonanın yuxarı sərhədi Böyük Qafqazın cənub yamacının şərq hissəsində dəniz səviyyəsindən 250 m, cənub-şərq yamacda 1050 m, şimal-şərq yamacda isə 500 m-dən keçir. Kiçik Qafqazda regiondan asılı olaraq yarımquru zonanın yuxarı sərhədi 530-800 m-dən, Naxçıvan MR-da isə 1630 m-dən keçir. Talış dağlarında yarımquru zona dəniz səviyyəsindən 950-1400 m arasında olan ərazilərdə yerləşir.