"Qarabağ" növbəti mərhələyə adladı, "Xəzər" böyük hesabla məğlub oldu, "İnter"in qələbəsi uğur gətirmədi

"Qarabağ" növbəti mərhələyə adladı, "Xəzər" böyük hesabla məğlub oldu, "İnter"in qələbəsi uğur gətirmədi Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.


"Xəzər Lənkəran" doğma meydanda İsrailin "Makkabi" (Hayfa) klubunu qəbul edib. İlk matçda rəqib meydanında 2:0 hesabı ilə məğlub olan Lənkəran təmsilçisi bu dəfə də məğlubiyyətdən yaxa qurtarmayıb.


Oyunun ilk hissəsində israilli futbolçular "Xəzər Lənkəran"ın qapısından 6, ikinci hissəsində isə 2 cavabsız top keçiriblər - Turgeman, 7 (0:1), Katan, 10 (0:2), Rayos, 13-pen (0:3), 62, (0:7), Abuhazira, 26 (0:4), 44, (0:6), Ezra, 41 (0:5), 44 (0:6), Qolasa, 76 (0:8)


Digər təmsilçimiz "İnter" Bakıda Norveçin "Tromse" komandası ilə qarşılaşıb. İlk oyunda rəqibə 2:0 hesabı ilə məğlub olan bakılılar oyunun 77-ci dəqiqəsində Baçana Sxadadzenin qolu ilə önə keçiblər. Lakin "İnter"in bundan artığına gücü çatmayıb. Matç elə bu hesabla da başa çatıb - 1:0.


Beləliklə, "Xəzər Lənkəran" və "İnter" Avropa Liqasında mübarizəni dayandırıblar.


"Qarabağ" isə səfərdə Polşanın "Piast" klubu ilə qarşılaşıb.


Oyunda ilk qol Ağdam təmsilçisindən gəlib - 8-ci dəqiqədə Leroy Corc fərqlənib (0:1). 29-cu dəqiqədə Mateus Matrasın qolu ilə polşalılar hesaba tarazlıq gətiriblər. 36-cı dəqiqədə isə ev sahibləri önə keçməyi bacarıblar - 2:1.


Hər iki oyunun nəticəsinə görə qalib müəyyənləşmədiyindən matçın taleyinə əlavə hissədə aydınlıq gəlib. 108-ci dəqiqədə Uilrix Kapolonqo "Qarabağ"ı növbəti mərhələyə çıxaran qola imza atıb - 2:2.


Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlmişdi.


Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində "Qefle" (İsveç) klubu ilə qarşılaşacaq.




Trend
Şərhlər
İdman bölməsinin xəbərləri