Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - SİYAHI
- 07.01.2020, 22:16,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən il ərzində Azərbaycanda qız və oğlan uşaqlarına ən çox qoyulan 10 ad müəyyənləşib.
Ədliyyə Nazirliyinin statistik məlumatında bildirilir ki, ötən il ərzində qızlara ən çox verilən ad Zəhra olub.
Keçən il 2468 qıza Zəhra adı verilib.
Ümumilikdə, 2019-cu ildə qızlara qoyulan ən məşhur 10 ad Zəhradan sonra Zeynəb (1706), Məryəm (1603), Aylin (1587), Nuray (1545), Fatimə (1452), Mələk (1415), İnci (1111), Dəniz (1087), Nilay (1008) olub.
2019-cu ildə oğlanlara ən çox qoyulan ad Yusif olub. Həmin ildə 2464 oğlan uşağına Yusif adı verilib.
Keçən il oğlan uşaqlarına ən çox qoyulan 10 ad Yusifdən sonra Əli (2262), Hüseyn (1977), Uğur (1921), Ömər (1424), Məhəmməd (1311), Murad (1305), Ayxan (1061), Tunar (920), Raul (799) olub.