İstanbulun Sabiha Gökçen hava limanında bütün uçuşlar təxirə salınıb



İstanbulun Sabiha Gökçən hava limanının fəaliyyəti yerli vaxtla saat 22.00-dək dayandırılıb.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Sharjah” hava limanından İstanbula gələn Türkiyənin “Peqasus” hava yolu şirkətinə aid sərnişin təyyarəsi Sabiha Gökçən beynəlxalq aeroportuna eniş etdikdən sonra zolaqdan çıxıb.

İstanbul Valiliyindən verilən məlumata əsasən, təyyarədə olan 164 sərnişin təxliyə edilib. Xəsarət alan olmayıb.

Türk Hava Yollarından bildirilib ki, hadisə Türkiyə ərazisində bir neçə gündür davam edən əlverişsiz hava şəraiti səbəbindən baş verib.

Aeroportda bu gün həyata keçiriləcək uçuşlar əvvəlcə yerli vaxtla saat 11:20-dək, daha sonra isə 20:00-dək təxirə salınmışdı.

Sabiha Gökçən aeroportuna gələn təyyarələr Türkiyənin müxtəlif şəhərlərinə yönləndirilib. Bu səbəbdən sərnişinlərin təyinat məntəqəsinə gətirilməsi məqsədilə ölkənin bir neçə hava limanından İstanbulun yeni aeroportuna əlavə uçuşlar təyin edilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri