İran “Boeing 737-800” təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb.
Live.az report-a istinadla xəbər verir ki, bu barədə “Associated Press” agentliyi İran hakimiyyətinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, layner təsadüfən vurulub və bu qəsdən edilməyib.
Məlumata görə, İran hakimiyyəti qəzanın səbəbini insan amili ilə əlaqələndirib.
Tehran yaxınlığında Ukrayna “Boeing”inin qəzasına insan səhvi səbəb olub.
TASS-ın məlumatına görə, bu barədə İrаnın Xаrici İşlər Nаzirliyinin başçısı Məhəmməd Cavad Zərif özünün “Twitter”dəki səhifəsində yazıb.
"Kədərli gün. Silahlı Qüvvələrin daxili araşdırmasının ilkin nəticələrinə əsasən ABŞ-ın avantürizmi ilə təxribat edilmiş böhran dövründə insan səhvi qəzaya gətirib çıxardı", - deyə nazir bildirib.
///10:19 08/01/20
İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb
XİN: İranda baş verən təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur
Azərbaycanın Tehrandakı Səfirliyindən verilən ilkin məlumata görə, İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında vətəndaşlarımızın olması ilə bağlı məlumat daxil olmayıb.
LİVE.az-ın xəbərinə görə, bunu report-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
O deyib ki, səfirliyimiz tərəfindən məsələ nəzarətdə saxlanılır.
Qeyd edək ki, İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb, sərnişinlərin hamısı həlak olub.
///
08:55 08/01/20
İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb.
Live.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Təyyarə uçuşdan az sonra yerə düşüb. Hava limanının rəhbəri məlumatı təsdiqləyib. Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir.
Hadisə zamanı təyyarədə 180 nəfər olub.
"Tehranda qəzaya uğramış Ukrayna təyyarəsində sərnişinlərin sağ qalma ehtimalı sıfıra bərabərdir".
TASS-ın məlumatına görə, bu barədə İSNA agentliyinə "Qırmızı Aypara" təşkilatının rəhbəri Mürtəza Səlimi bildirib.
"Ehtimal ki, sərnişinlərdən sağ qalan yoxdur", - deyə o bildirib.