İran qoşunu Britaniyanın Tehrandakı səfirliyinin bağlanmasını tələb edir
- 12.01.2020, 19:16,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İranın xalq qoşunu “Basij” Böyük Britaniyanın Tehrandakı səfirliyinin binası qarşısında kütləvi etiraz aksiyası keçirir.
LIVE.az report-a istinadla verdiyi məlumatına görə, bu barədə “Asharq Al-Awsat” qəzeti bildirib.
İnformasiyaya görə, aksiya iştirakçıları Britaniyanın İran paytaxtındakı diplomatik nümayəndəliyinin təcili bağlanmasını tələb edirlər. Səfirlik qarşısında toplaşan "Basij" üzvləri Böyük Britaniyanın islam respublikasının daxili işlərinə müdaxiləsini dayandırmaq tələbi ilə şüarlar səsləndirirlər.
"Basij" xalq qoşunu yarımhərbi könüllülər təşkilatdır. Onun üzvləri qanuna və dini normalara riayət etməyə nəzarəti həyata keçirirlər. Onun üzvlərini sayı təxminən 10 milyon nəfərdir.
"Basij" İran İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibinə daxildir.
///
İran XİN Britaniya səfirinin səhvən saxlanıldığını bildiribİranın xarici işlər nazirinin müavini Abbas Arakçı bildirib ki, Böyük Britaniyanın bu ölkədəki səfiri Robert Maker qanunsuz nümayişdə naməlum əcnəbi kimi saxlanılıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, İranın Xаrici İşlər Nаzirliyinin rəsmisi bu barədə özünün “Twitter”dəki səhifəsində yazıb.
Nazirlik rəsmisi qeyd edib ki, saxlanılan şəxsiyyəti məlum olduqdan 15 dəqiqə sonra buraxılıb.