Yol polisi avtomobilini sığorta etdirməyən 3 mindən çox sürücüyə protokol yazıb. Bəs avtomobilin icbari sığortasının olub olmadığını vəya müddətinin başa çatmasını necə müəyyən etmək olar? Bütün bu məsələlərə Baş Dövlət Yol Polisi İdarəsi aydınlıq gətirib.
İki günə 1300-dən çox, 3 günə isə 3 mindən çox sürücü radara düşüb.
Söhbət icbari sığorta edilməyən avtomobillərdən gedir. Qeyd edək ki, bu ayın 7-dən avtomobilinin icbarı sığortası olmayan sürücülərin elektron protokolla cərimə edilməsinə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, ayın 7-dən indiyə kimi 3266 sürücü cərimələnib.
Bəs avtomobilin icbari sığortasının olub olmamasını necə müəyyən etmək olar?.
Qeyd edək ki, nəqliyyat vasitəsini icbari sığorta etdirməyən sürücülər -fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər.Qanunvericiliyə əsasən, icbari sığortaya görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddət ərzində müqavilə bağlanmazsa avtonəqliyyat vasitəsinin sahibinə təkrar elektron protokollar tərtib ediləcək.