Azərbaycanda daimi yaşamaq və iş icazəsi alan əcnəbilərin sayı açıqlanıb - SİYAHI
- 15.01.2020, 11:17,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“2019-cu ildə 2041 əcnəbi daimi yaşamaq üçün icazə alıb. Bu, 2018-ci illə müqayisədə 37 faiz azalma deməkdir”.
LİVE.az report-a istinadla xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün 2019-cu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, daimi yaşama üçün icazə alanlardan 747 nəfəri Gürcüstan, 571 nəfəri Rusiya, 196 nəfəri Türkiyə, 95 nəfəri İran, 88 nəfəri Ukrayna, 343 nəfəri digər ölkələrin vətəndaşlarıdır.
Xidmət rəisi qeyd edib ki, ötən il 6680 nəfər əcnəbi iş icazəsi alıb: “Bu, əvvəlki illə müqayisədə 8 faiz artım deməkdir. İş icazəsi alanlardan 2355 nəfəri Türkiyə, 930 nəfəri Birləşmiş Krallıq, 449 nəfəri Hindistan, 285 nəfəri Rusiya, 259 nəfəri İran, 2402 nəfəri digər ölkələrin vətəndaşlarıdır”.