Prezidentin köməkçisi: : “Qorbaçova Nobel mükafatının verilməsini yenidən nəzərdən keçirmək lazımdır”



  Hikmət Hacıyev: “Qorbaçova Nobel mükafatının verilməsini yenidən nəzərdən keçirmək lazımdır”


"20 Yanvar hadisələrindən bir neçə ay sonra Mixail Qorbaçov Nobel mükafatına layiq görülüb. 20 yanvar qanlı hadisələrin keçirilməsinə qərar verən şəxsin belə yüksək mükafata layiq görülməsi təzadlıdır”.

LİVE.az report-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

“Hesab edirik ki, Nobel mükafatınının verilməsi üzrə təşkilat komitəsi bu qərarı yenidən nəzərdən keçirməlidir. Həmçinin o zaman başlayan istintaqın məntiqi nəticəyə çatdırılmaması da təəssüf doğurur. O zaman bu qanlı hadisələrin günahkarlarını müəyyən etmək, onları cəzalandırmaq olardı. Bu baxımdan lazımlı addımların atılması və müraciətlərin edilməsi üzrə səylərin davam etməsi çox vacibdir”, - o bildirib.

O, 20 Yanvar faciəsinin ildönümü ərəfəsində Ermənistanın baş naziri Nikol Paşinyanın bu hadisələrin qurbanlarını “ekstremistlər” adlandırmasına toxunub: “Bu, absurdluğun tam bir sübutudur. Soljenitsını faşistlərin havadarı olan Qaregin Njde ilə müqayisə edən şəxsdən nə gözləmək olar ki?!”


///


Prezidentin köməkçisi: "Azərbaycanın ərazi bütövlüyünə dair Avropa İttifaqının mövqeyini alqışlayırıq"


“Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dair Avropa İttifaqının dəyişməz mövqeyini alqışlayırıq”.

Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün tanınmasına dair Avropa İttifaqının (Aİ) qəbul etdiyi sənədi şərh edərkən bildirib.

“Brüsseldəki "Şərq Tərəfdaşlığı" proqramının zirvə görüşünün yekun sənədlərinə, Aİ ilə Azərbaycan tərəfindən hazırlanmış “Tərəfdaşlığın öncüllükləri” adlı sənədə diqqət yetirsək, həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün birmənalı dəstəkləndiyini görərik”, - Prezident Administrasiyasının rəsmisi deyib.

H.Hacıyev həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə dair mövqeyin əks olunduğu “Xarici siyasət və təhlükəsizlik sahəsindəki Aİ-nin ümumi siyasəti barədə” qətnaməni də eyni mövqenin davamı olaraq səciyyələndirib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri