Bakı Metropoliteninin yeni stansiyasında son tamamlama işləri gedir
Bakı Metropoliteninin tikilməkdə olan "B3" stansiyasında avadanlıqların quraşdırılmasına başlanıb.
LIVE.az məlumatına görə, bu barədə mediaya açıqlamasında "Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda stansiyanın platformasında mərmər döşənməsinə başlanılıb:
"Tikintinin əsas mərhələsi başa çatıb. Yolun tikintisi tam yekunlaşıb. Artıq stansiyanın eskalatorları quraşdırılır. Bu mərhələ də başa çatmaq üzrədir. 17 eskalatordan ibarət stansiya 3 səviyyədən (mərtəbədən) ibarət olacaq. İşlər qaydasında gedərsə, bu il stansiya sərnişinlərin istifadəsinə veriləcək".
///
Metropolitenin alternativ enerji üçün dizel generatorları xəttə qoşulub"Bakı Metropoliteni"nin alternativ enerji üçün yaratdığı dizel stansiyaları istismara tam hazırdır.
Bunu Trend-ə açıqlamasında "Bakı Metrpoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, artıq "Azərenerji" ASC-nin yarımstansiyalarında generatorlar quraşdırılıb: "10 yarımstansiyada 17 dizel generatoru quraşdırılıb. Generatorlar tam olaraq istifadəyə hazırdır, artıq xəttə qoşulub. Əgər metro stansiyalarına verilən yüksək gərginlikli elektrik enerjisi hansısa halda dayandırılarsa, generatorlar dərhal işə düşəcək, qatar və sərnişinlər tam təhlükəsiz tuneldən çıxarılacaq".
B.Məmmədov bildirib ki, hazırda stansiyalarda dizayn işləri görülür. Yaxın vaxtlarda, daha doğrusu fevral ayında stansiyaların təqdimatı keçiriləcək.
///
"Cəfər Cabbarlı" metrostansiyasında təmir işləri yekunlaşır
"Bakı Metropoliteni"nin "Cəfər Cabbarlı" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda stansiyada işlər davam etdirilir:
"Stansiyada divarlara mərmər-qranit örtüklər dəyişdirilir, yenisi vurulur. Artıq stansiya yolunun quraşdırılmasına da başlanılıb. Artıq köhnə yol sökülüb. "Cəfər Cabbarlı" stansiyasından "Xətai" stansiyasına gedən yol dəmir-beton konstruksiyalı olacaq. Stansiya yay aylarında istifadəyə veriləcək".
/////
Ümmumi məlumatŞərti adı "B-3" olan stansiyanın ərazisində 240 kub metr həcmə malik 2 su anbarının və nasosxanalarının tikintisi də yekunlaşır. Onlardan biri içməli su ehtiyatı, digəri yanğınsöndürmə hovuzudur. Stansiyada havalandırma şaxtasının inşası da son mərhələdədir. Stansiyanın örtük plitəsinin üzərində yeni müasir materiallarla hidroizoliyasiya işlərinə başlanılıb. Daxili havalandırma sisteminin də işi də 40% görülüb. Stansiya daxili su və kanalizasiya xətləri çəkilib. Daxili və xarici elektrik xətlərinin çəkilişi isə işləri davam etdirilir.
Stansiyanın özünə gəldikdə, o da xəttin "Memar Əcəmi" stansiyası kimi çoxsəviyyəlidir. Lakin mərtəbə də adlandıra biləcəyimiz səviyyələrin sayı "Memar Əcəmi"dəki kimi 5 deyil, 3-dür. Texniki səviyyə elektrik təchizatı, ventilyasiya və digər stansiya avadanlıqları üçün nəzərdə tutulub. O, həm də keçid səviyyəsidir. Sərnişinlər buradan keçərək, eskalatorlarlar və pilləkənlə bir səviyə aşağı - vestibülə enəcəklər. Qatarların hərəkət edəcəyi platforma səviyyəsinə sərnişinləri pilləkənlərlə yanaşı, eskalatorlar endirib-qaldıracaq. Ümumiyyətlə, stansiyada çıxışlarla birlikdə sərnişinlərin səviyyədən-səviyyəyə yerdəyişməsi 17 eskalatorla həyata keçiriləcək. Həm də burada fiziki imkanları məhdud sərnişinlər üçün liftlər quraşdırılacaq.
Yeddi vaqonlu qatarların qəbulu üçün nəzərdə tutulan platformanın tam uzunluğu 166.98 m-dir. Burada yol divarında və döşəmədə üzlük işlərinin aparılması üçün imkan yaradılıb. Hətta ilkin üzləmənin əlamətləri də görünür. Divar səthinə keramoqranitin, döşəməyə isə qranitin düzülməsinə başlanılıb.
Bütün mərtəbələrdə dəmir-beton konstruksiya işləri başa çatdığından, komunikasiya xətləri, kabel kollektorları, stansiya avadanlıqlarının yerləri üzlükçülərin ixtiyarına verilib, sonrakı mərhələdə isə quraşdırıcılara ötürüləcək.
Əhəmiyyətli yeniliklərdən biri, stansiya divarının arxasından perspektiv planda nəzərdə tutulmuş Mavi xəttin stansiyasına keçid də indidən nəzərdə tutulur. Gələcəkdə Yasamal yaşayış sahəsi ilə Bakıxanov qəsəbəsini birləşdirəcək Mavi xəttin şərti adı "M-03" olan stansiyasına aparan piyada tuneli başlanğıcını buradan götürəcək.
Bənövşəyi xəttin "Memar Əcəmi" stansiyasını "B-03"stansiyası ilə birləşdirən tunellərdə də fəal işlər aparılır. Qeyd edək ki, Bakı metropoliteni tarixində ilk dəfə məhz bu mənzildə beton yarımşpal da adlandırılan, dəmir-beton bloklardan istifadə olunacaq. Bu blokların istehsalı "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra əldə olunmuş ən böyük istehsalat nailiyyətlərindəndir. Azərbaycanda ilk dəfə beton yarımşpal istehsalı məhz müəssisənin dəmir-beton konstruksiyaları istehsalatı sahəsində həyata vəsiqə qazanıb. Bu məqsədlə, dünyanın aparıcı şirkətləri arasında monitorinqlər və danışıqlar aparılaraq, ən optimal variant kimi, Almaniyanın "Vollert" şirkəti seçilib. Şirkət yeni sexin avadanlıqla təchizatını həyata keçirərək, yerli kadrların hazırlanmasını da yerinə yetirib. İndi yerli şəraitdə kənardan istənilən sifarişi də qəbul edə bilən bu sahə "Made in Azerbaijan" brendinə "Bakı Metropoliteni"nin töhfələrindən biridir. "Nərimanov" elektrik deposunda inşası başa çatmaqda olan hərəkət qatarlarının sınaq yoluna, daha sonra isə "Xətai" stansiyasının dalan yoluna, pilot layihə kimi, qoyulmuş bu şpallar həm də böyük təcrübə məktəbi olub və bu səbəbdən Bənövşəyi xəttin sözügedən mənzilində uğurla tətbiq edilir. Taxta şpallarla müqayisədə beton bloklar daha uzunömürlü, səmərəli, keyfiyyətli, qulluğu və istismarı asan, mürəkkəb hidrogeoloji şəraitə davamlıdır.
Tunellərdə 1300 metrə yaxın yol qoyulub və betonlanıb. Yol davamiyyəti olan stansiyanın keçid kamerasında isə yolun konturları yerə bərkidilmiş reperlərlə müəyyən edilib.
Tikintinin 2019-cu ilin sonuna və yaxud 2020-ci ilin əvvəlinə başa çatdırılması gözlənilir.
Onu da əlavə edək ki ki, inşaat işləri ilə yanaşı, xəttin idarəetmə sistemləri üzərində də işlər uğurla davam etdirilir. Hazırda Fransanın "Thales" şirkəti ilə əməkdaşlıq şəraitində SCADA sisteminin tam tətbiqi üzərində işlər yekunlaşmaqdadır. Sınaq tədbirlərindən sonra yeni dövrün ən müasir tələblərinə cavab verən idarəetmə sistemi işə qoşularaq fəaliyyətə başlayacaq.