Çində yeni virusa yoluxanların sayı 1,7 min nəfərdən çox ola bilər
- 19.01.2020, 13:46,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə yoluxanların sayı 1,7 min nəfərdən çox ola bilər.
LIVE.az report-a istinadla xəbər verir ki, bu barədə London İmperial Kollecinin infeksion xəstəliklər üzrə Qlobal Təhlil Mərkəzinin araşdırmasında deyilir.
Mütəxəssislərin qiymətləndirməsi virusun aşkarlandığı Uxan şəhərinin əhalisinin və orada fəaliyyət göstərən beynəlxalq hava limanından istifadə edənlərin sayına əsaslanır. Belə ki, şəhərdə 19 milyona yaxın insan yaşayır və gündə 3,4 min xarici vətəndaş beynəlxalq hava limanı ilə səyahət edir.
Həkimlər, simptomların infeksiyadan dərhal sonra görünmədiyini, inkubasiya dövrünün 5-6 gün davam etdiyini bildiriblər. Onların sözlərinə görə, “panika üçün tezdir”, lakin narahatlıq üçün səbəblər var.
Qeyd edək ki, Çində virusa yoluxanların sayı 52 nəfərə çatıb. Daha 3 yoluxma hadisəsi Tayland və Yaponiyada qeydə alınıb. Çinin Uxan şəhərində koronavirusun indiyədək aşkar edilməmiş növünə yoluxanlardan ikisi vəfat edib.